"Everton"un futbolçusu Cenk Tosun karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, klublar arasında transferlə bağlı razılıq əldə olunub. Razılığa əsasən, 29 yaşlı oyunçu bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Everton"da 7 matça çıxıb və 1 qol vurub.
Xatırladaq ki, C.Tosun 2018-ci ilin yanvarında 22.5 milyon avroya məhz "Beşiktaş"dan "Everton"a transfer olunub.