"Qarabağ"ın keçmiş futbolçusu Danimarka klubu ilə anlaşıb

11:20 1 Fevral 2021

"Qarabağ" və "Neftçi"nin keçmiş futbolçusu Aylton Silva karyerasını Danimarkada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın "Ştutqart" klubu braziliyalı müdafiəçini “Midtyullann”a icarəyə verib. O, mövsümün sonuna qədər Super Liqa klubunda çıxış edəcək.

 

25 yaşlı oyunçu 2015/16 mövsümündə “Neftçi”də, 2019/20 mövsümündə isə “Qarabağ”da icarədə olub. 
 


Digər xəbərlər

Xəbər xətti