"Neftçi"nin Albaniya "Partizani"sindən heyətinə qatmaq istədiyi Teofilus Solomonun yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, nigeriyalı hücumçu Küveytin "Al Qədsiyə" klubuna keçib. Keçidin detalları açıqlanmayıb.25 yaşlı futbolçu bu mövsüm "Partizani"də keçirdiyi 17 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.