“Fənərbaxça” “Başakşəhər”in futbolçusu İrfan Can Kahvecini transfer edib.
Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçid üçün 7 milyon avro təzminat ödəyib.Bundan əlavə, "sarı-lacıvərdlilər" Dəniz Türüç və Tolqa Ciyərçini transfer hüququ ilə birlikdə "Başakşəhər"ə verib.
Türkiyə millisinin üzvü 2017-ci ildən "Başakşəhər"də çıxış edirdi. O, bu mövsüm keçirdiyi 25 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.