Millimiz Yunanıstanı səfərdə darmadağın etdi

23:14 2 Fevral 2021

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa  çıxıb.

 

Sportarena.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.Afinadakı Daiss İdman Sarayında keçirilən matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Xalı olmayan Yunanıstan isə sonuncudur.

 

Yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3.

 

 

2 fevral

AÇ-nin seçmə mərhələsi

3-cü qrup
 
Yunanıstan - Azərbaycan - 0:3
Qollar: Vassura, 1.04, Eduardo Borqes, 1.38, Ramiz Çovdarov, 25.58


Digər xəbərlər

Xəbər xətti