Türkiyə çempionatı: “Fənərbaxça” və “Qalatasaray”dan qələbə

00:26 3 Fevral 2021

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.Turnir cədvəlinin lideri “Fənərbaxça” səfərdə “Hatayspor”la səfərdə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

 

Super Liqanın son çempionu “Başakşəhər” “Qalatasaray”la üz-üzə gəlib. İstanbul derbisində meydan sahibləri 3:0 hesablı darmadağına seviniblər.“Rizəspor” isə “Kasımpaşa” ilə üz-üzə gəlib. Bu görüş 1:1 hesabı ilə yekunlaşıb.

 

Türkiyə Super Liqası
23-cü tur

 

Hatayspor – Fənərbaxça 1:2
Qol: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.

Qalatasaray – Başakşəhər 3:0
Qol: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.

Rizəspor – Kasımpaşa 1:1
Qol: D.Erdoğan, 85 – Telin, 90+1.


Digər xəbərlər

Xəbər xətti