Avropada son 10 ilin rəmzi komandası məlum oldu

01:10 4 Fevral 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada son 10 ilin rəmzi komandasını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ən yaxşı “11-lik”də Almaniyanın “Bavariya” və İspaniyanın “Real” klublarından 3 futbolçu yer alıb.

 

Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya);

 

Müdafiəçilər: Filip Lam (Almaniya, karyerasını bitirib), Serxio Ramos ("Real", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya);

 

Yarımmüdafiəçilər: Toni Kroos ("Real"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya), Luka Modriç ("Real"), Kevin De Breyne ("Mançestere Siti", İngiltərə);

 

Hücumçular: Kristiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya").


Digər xəbərlər

Xəbər xətti