"Qarabağ"ın keçmiş futbolçusu Bolqarıstan klubunda

10:50 4 Fevral 2021

“Qarabağ”ın keçmiş futbolçusu Faysal Rerras karyerasını Bolqarıstanda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Levski”yə keçib. Mərakeşli müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.Rerras son olaraq Mərakeşin “Mouloudia Ujda” klubunda çıxış edib.

 

Faysal 2019/20-ci il mövsümündə “Qarabağ”da çıxış edib.


Xəbər xətti