Aleksandr Dyukov Rusiya Futbol İttifaqının prezidenti seçilib

14:16 4 Fevral 2021

Rusiya Futbol İttifaqının (RFS) prezidenti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Aleksandr Dyukov qarşıdakı 4 il üçün yenidən qurumun rəhbəri seçilib.Bu barədə RFS-in rəsmi saytı məlumat yayıb. Seçki Moskvada RFS-in növbədənkənar Konfransında gerçəkləşib. "Qazprom neft" şirkətinin İdarə Heyətinin sədri olan Dyukov yeganə namizəd idi. O, RFS prezidenti vəzifəsinə yekdilliklə seçilib.

 

Qeyd edək ki, 53 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir. 


Digər xəbərlər

Xəbər xətti