Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/20 mövsümündə bağladığı müqavilələri yeniləyib.
Sportarena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.Akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/23 mövsümünün sonunadək uzadılıb.
Qeyd edək ki Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib.
U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər. Rüfət Abdulazadə Premyer Liqada ilk oyununu sözügedən mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) keçiribsə, Səbuhi Abdullzadə isə bu uğura 14-cü turun “Kəpəz”lə oyununda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.