Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda “Səbail”in kollektivi stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunub.
1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.