“Çətin və yeni sınaqlarla dolu il olacaq” - UEFA prezidenti

17:25 4 Fevral 2021

“2021-ci ilin daha yaxşı olacağına inanıram. Ümid edirəm ki, futbol üçün yaxşı il olacaq”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin deyib. O, yeni sınaqlarla dolu bir dönəm olduğunu bildirib:

 

“Çətin və yeni sınaqlarla dolu bir il bizi gözləyir. Hər kəsə dözüm arzulayıram. Bizim vəzifəmiz nikbin qalmaq və həll yolları axtarmaqdır. Təslim olmamalıyıq. 2021-ci il Avropa çempionatının ili olacaq. Buna görə də sevinirəm və Avro-2020-nin başlamasını səbrsizliklə gözləyirəm. Futbol bizi birləşdirir”. 


Digər xəbərlər

Xəbər xətti