“Ölü olduğunu düşünürdük, amma ayağa qalxırdılar” - Sərgən Yalçın

18:03 4 Fevral 2021

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Türkiyə Superliqasında “Antalyaspor”la 1:1-lik heç-heçə etdikləri oyundan sonra maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, rəqib futbolçuların tez-tez yerə yıxıldıqlarını deyib. Mütəxəssis bildirib ki, Antalya təmsilçisinin futbolçuları meydanda ölü kimi uzanırdılar:

 

“Sonuna qədər mübarizə aparacağıq. Rəqib futbolçular tez-tez yerə yıxılırdılar. Öldü zənn edirdik, amma sonra ayağa qalxırdılar. Belə oyunla 1 xal qazansalar da, nə olacaq? Qapıçımız heç matçda əziyyət çəkmədi. Belə komandalarla oyunda necə qalib gələcəyik? Ötən qarşılaşmada da heç 20 dəqiqə oyun olmadı”. 


Digər xəbərlər

Xəbər xətti