“Qalatasaray” 2020/21 mövsümünün geridə qalan hissəsi üçün sifariş ərizəsini Türkiyə Futbol Federasiyasına təqdim edib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçisi Omar Elabdellauini mövsümün qalan hissəsi üçün sifariş etməyib.Bildirilib ki, onunla müqavilə dondurulub.
Xatırladaq ki, Mərakeş əsilli norveçli müdafiəçi dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət almışdı. Oyunçunun müalicəsi hələ də davam edir. Bu üzdən də Elabdellauinin adı komandanın iştirak ərizəsindən çıxarılıb.