Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

10:13 5 Fevral 2021

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü - “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

 

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.  


Digər xəbərlər

Xəbər xətti