Rəqib qapıçı ilə toqquşan “Porto”nun futbolçusu ölümdən döndü - VİDEO

10:44 5 Fevral 2021

Portuqaliya Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “Belenenseş” – “Porto” oyununda ikincilərin müdafiəçisi Nanu ağır zədə alıb.

 

Sportarena.az xəbər verir ki, o, rəqib komandanın qapıçısı Stanislav Kristyuk ilə toqquşaraq uzun müddət yerdə hərəkətsiz qalıb.Başından ağır zərbə alan futbolçu meydana daxil olan təcili yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Komanda yoldaşları Nanunu göz yaşlari ilə yola salıblar. “Porto”nun digər müdafiəçisi Pepe oyundan sonra hadisə ilə bağlı açıqlama verib.

 

O bildirib ki, təcili yardım maşınındakı həkimlərin sözlərinə görə, Nanu artıq ayılıb və huşu yerindədir. 

 

 


Xəbər xətti