21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Draqoslav Poleksiç Ayxan Arazlı (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Elməddin Sultanov (“Kəpəz”) və Vüsal Şabanov (“Zaqatala”) üçün bir günlük məşq keçib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil edilib.Məşqin məqsədi Azərbaycan yığmasına potensial namizəd qapıçıların hazırlıq səviyyəsini yoxlamaqdır.