UEFA-dan “Ayaks”ın qapıçısına 1 illik cəza

15:15 5 Fevral 2021

Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana cəzalandırılıb.
 

Sportarena.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.25 yaşlı qapıçı antidopinq qaydalarını pozduğu üçün UEFA tərəfindən bir illik diskvalifikasiya olunub. Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir. Bu cəza həm klub, həm də milli səviyyəsindəki yarışlara şamil olunub.

 

“Barselona”nın yetirməsi olan Onana 2016-cı ildən “Ayaks”da çıxış edir. Qapıçı Kamerun millisinin də formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti