Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.
Sportarena.az xəbər verir ki, “Fənərbaxça” “Şükrü Saracoğlu adına Ülkər Stadionu”nda “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda yeganə qolu 54-cü dəqiqədə Mostafa Mohamed vurub.
Super Liqada turnir cədvəlinə 48 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik olan "Fənərbaxça" 2-ci, "Beşiktaş" 45 xalla 3-cüdür.