Manuel Noyer futbol üzrə Almaniya Bundesliqasında unikal rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, 34 yaşlı qolkiper Bundesliqa çərçivəsində eyni rəqibə qarşı 16 ardıcıl qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran ilk futbolçuya çevrilib. O, bunu Bundesliqanın 20-ci turu çərçivəsində “Herta”ya qarşı keçirdikləri oyunda rəsmiləşdirib. Münhen təmsilçisi bu görüşdə 1:0 hesabıyla qalib gəlib. Noyer daha öncə də Almaniya çempionatı çərçivəsində “Herta”ya qarşı keçirilmiş oyunlarda qapısını toxunulmaz saxlamağı bacarmışdı.
Qeyd edək ki, “Bavariya” geridə qalan turlarda topladığı 48 xalla Bundesliqanın lideridir.