“Keşlə” yarımfinalda, "Zirə" "Neftçi"ni kubokdan kənarlaşdırdı - YENİLƏNİB

19:22 7 Fevral 2021

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz” doğma meydanda ilk matçda 0:1 hesabı ilə uduzduğu “Keşlə”ni qəbul edəcək.Mərhələnin sonuncu matçında isə “Neftçi” ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğu “Zirə”nin qonağı olacaq.

 

Cütün qalibləri yarımfinalda bir-birləri ilə üz-üzə gələcək. Ötən gün keçirilən oyunlardan sonra "Sumqayıt" və "Qarabağ" yarımfinalda rəqib olublar.

 

 

7 fevral (bazar)

“Kəpəz” – “Keşlə” - 0:2

Qol: Rəhman Hacıyev, 53, Abanq, 90

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Gəncə şəhər stadionu, 14:30

 

“Zirə” – “Neftçi”  0:0

Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Zirə İdman Kompleksinin stadionu, 17:30


Digər xəbərlər

Xəbər xətti