Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesablı ev məğlubiyyətinə şərh verib.Vahabzadə komandasının uğursuzluğunu səhvlərlə izah edib: “Əks-hücumlarda istənilən kimi oynaya bilmədik. Müdafiədə səhvlərdən iki qol buraxdıq".
Qeyd edək ki, ilk oyunda da uduzan (0:1) 1-ci divizion təmsilçisi mübarizəni dayandırıb. (Apasport.az)