“Leypsiq” - “Liverpul” matçının keçirilmə yeri məlum oldu

13:09 8 Fevral 2021

Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Layptsiq" (Almaniya) oyunun yeri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib. Avropa futbol qurumunun qərarına əsasən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

 

Dəyişikliyə Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması səbəb olub.

 

Qeyd edək ki, "Liverpul" - "Leyptsiq" görüşü fevralın 16-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti