"Kəpəz" Azərbaycan kubokunda 100-cü oyununa çıxıb

14:36 8 Fevral 2021

Gəncənin “Kəpəz” klubu Azərbaycan Kubokunda 100-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə cavab matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.


“Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb. 


Digər xəbərlər

Xəbər xətti