Çempionlar Liqası: “Atletiko” – “Çelsi” matçının yeri dəyişdirildi

17:00 8 Fevral 2021

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” və İngiltərənin “Çelsi” klubları arasında keçiriləcək ilk matçın yeri dəyişdirilib.
 

Sportarena.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.Buna London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsi səbəb olub. Qarşılaşma fevralın 23-də baş tutacaq.
 

Qeyd edək ki, 1/8 finalın “Liverpul” (İngiltərə) - “Leypsiq” (Almaniya) görüşü də eyni səbəbdən Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti