“Zirə” Azərbaycan kubokunda ardıcıl 6-cı quru oyunu keçirib.
Sportarena.az xəbər verir ki, “qartallar” sonuncu dəfə 2018/19 mövsümündə qol buraxıb. Həmin mövsüm 1/4 finalın “Sumqayıt”la cavab görüşü 3:3 hesabı ilə başa çatıb. Peyman Babayinin 45-ci dəqiqədə vurduğu top komandanın buraxdığı son qol olub.
2019-cu il mayın 1-də keçirilən həmin ev görüşündən sonra “Zirə” 6 matça çıxıb. Komanda ötən mövsüm “Qaradağ Lökbatan” (4:0) və “Səbail”i (0:0, 1:0, əlavə vaxtda), cari mövsümdə “Qaradağ Lökbatan” (4:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb. “Zirə”nin bu matçlardakı quru seriyası 615 dəqiqəyə çatıb.
20-ci kubok matçına çıxan “Zirə” məğlubiyyətsiz oyunlar seriyasını 10-a qədər uzadıb.