"Sumqayıt"la ilk oyundakı nəticə bizi arxayınlaşdırmadı. Cavab oyununun ilk 15-20 dəqiqəsində yaxşı köklənə bilmədik. Açıq görünürdü ki, hakim burada çox böyük rol oynadı".
Sportarena.az xəbər verir ki, bu fikirləri ""Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"a qarşı keçirdikləri cavab görüşü barədə danışarkən deyib.32 yaşlı hücumçu baş hakim Orxan Məmmədovun səhv qərarlar verdiyini bildirib: "O, səhv qərarları ilə komandanı sındırdı. Bizim qapımıza təyin edilən penalti yalnış qərar idi. Amma bizim təmiz penaltimiz verilmədi. Verdiyi qərarlarla bütün komandamıza təsir edirdi. Hətta elə epizod olurdu ki, danışmayan futbolçu da etirazını bildirirdi. Bizim özümüzdə də problem var idi. Oyuna yaxşı köklənməmişdik. Amma rəqib penaltidən fərqlənəndən sonra həvəsləndi. Bizim üçün daha çətin olacağını bilirdik. Qısa olaraq onu deyə bilərəm ki, səhv bir dəfə olar. 3-4 səhv olursa, bu tamam başqa bir şeydir. Bu hakim indidən sonra əlinə fit almasa ondan yaxşıdır".
Əliyev "Səbail"in məşqçisi Vüqar Məmmədin yan xətt hakimi Cavanşir Yusifovu itələdiyi epizodu görmədiyini də söyləyib: "Vüqar müəllimi tanıyanlar bilir ki, çox sakit insandır. İnanmıram ki, həmin vaxt nəsə böyük problem yaşansın".
Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi səfərdə daha çox qol vurduğu üçün yarımfinala adlayıb (report).