“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb - 0.5:0.5.
Teymur Rəcəbov eyni zamanda, Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə də heç-heçə edib.
Xatırladaq ki, Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Levon Aronyanı məğlub edərək çempion olub.