"Səbail” ın baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması səbəb olub. Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.
Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisinin narazılığına səbəb olub. Bu zaman V.Məmmədin yan xətt hakimini vurduğu bildirilib. O, qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.
V.Məmməd özü isə mediaya açıqlamasında hakimi vurmadığını, sadəcə, emosional vəziyyətdə itələdiyini deyib.