"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az klubun rəsmi sayına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.28 yaşlı oyunçu bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.
Elvin Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.
Qeyd edək ki, "Keşlə" bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.