İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları başlayıb.
Sportarena.az xəbər verir ki, Andrea Pirlonun baş məşqçisi olduğu "Yuventus" öz meydanında "İnter"lə qarşılaşıb və matçda qapılara qol vurulmayıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn Turin təmsilçisi finala yüksəlib.