Millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin iclasında koronavirus pandemiyasına görə idman zallarının bağlı olmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, bununla bağlı qərarın dəyişməsini vacib sayıb:
"Dünyanın hər yerində idman zalları açıqdır. Qapalı idman komplekslərində insanların idmanla məşğul olmalarını qadağan ediblər. Bir ildir, hamısı bağlıdır. Niyə bağlı olmalıdır? Burada nə yoluxma ola bilər ki?"