Bu ilin yanvarında açılan “Turan Tovuz” Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.
Sportarena.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunub. Onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. O, “Bakı” Futbol Akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.