Millimizin sabiq forvardı futzal klubu ilə müqavilə imzaladı

10:02 13 Fevral 2021

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov özünü yeni idman növündə sınayacaq.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu futzalla məşğul olmağa qərar verib.

 

Təcrübəli forvard bundan sonra Latvayanın “Petrov” klubunun uğurları üçün çalışacaq. Bu barədə millimizin sabiq üzvü sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni klubu ilə müqavilə bağlayan Vüqar, “Petrov”a bu etimada görə təşəkkür edib və futzal üzrə Latviya çempionu olacağına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, Vüqar Əsgərov 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Latviyada yaşayan və 2007-2013-cü illər aralığında bu ölkənin klublarında forma geyinən hücumçu, 2013-cü ildə Azərbaycana gəlib və burada “Sumqayıt”, “Zirə” və “Araz Naxçıvan” komandalarında çıxış edib. 2015-ci ildə isə o, yenidən Latviyaya qayıtmağa qərar verib. “Dauqavpils”, “Liepaya” kimi komandalarda çıxış edən Əsgərov son olaraq “Super Nova”da çıxış etsə də, ötən ilin avqustunda aldığı ağır zədə səbəbindən əməliyyat olunmuşdu və oynamırdı.


Digər xəbərlər

Xəbər xətti