“Tokio-2020” Təşkilat Komitəsinin rəhbəri istefa verdi

10:54 13 Fevral 2021

“Tokio-2020” Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori cinsi ayrıseçkilik ehtiva edən açıqlamaları ilə bağlı yaranmış qalmaqal fonunda istefa verdiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. 83 yaşlı Mori təşkilat komitəsinin icraçı üzvlərinin xüsusi iclasında açıqlama verib.

 

Nəşr Yaponiya paytaxtında Olimpiya Oyunlarının başlamasına yarım ildən az vaxt qaldığını və Təşkilat Komitəsindəki rəhbərlik transferinin oyunların keçirilib-keçirilməməsi ilə bağlı qeyri-müəyyənlik fonunda baş verəcəyini bildirib.

 

Morinin yerinə Olimpiya kəndinin bələdiyyə başçısı Saburo Kavabutinin təyin olunacağı ehtimal olunur. 84 yaşlı Kavabuti hazırda Yaponiya Futbol Assosiasiyasının məsləhətçisi kimi fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti