Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi məlum olub.
Sportarena.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu dəfə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.
Xatırladaq ki, Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100.000 dollardır. Qalib 30.000 dollar qazanacaq.