Teymur Rəcəbov "Opera Euro Rapid" turnirində üçüncü olub

09:14 15 Fevral 2021

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində üçüncü yeri tutub.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.

 

Bu rəqibini ilk oyun günündə 2.5:1.5 hesabıyla üstələyən Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

 

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bu gün isə üstünlük Sonun tərəfindədir - 1,5:0,5.

 

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

 

Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.


Digər xəbərlər

Xəbər xətti