Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə "Neftçi"dən ayrılıb.
Sportarena.az xəbər verir ki, o, karyerasını Gürcüstanda davam etdirəcək. 21 yaşlı yarımmüdafiəçi "Samtredia" ilə razılığa gəlib. İbrahim yeni klubu ilə müqavilə imzalamaq üçün qonşu ölkəyə yollanıb.
"Xəzər Lənkəran"ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub.