UEFA Çempionlar Liqasında fasilə başa çatır.
Sportarena.az xəbər verir ki, bu gün turnirin 1/8 final mərhələsi start götürüb. İlk oyun günündə iki qarşılaşma keçirilib. Həftənin ən maraqla gözlənilən görüşü İspaniyada gerçəkləşib. “Barselona” Fransa çempionu PSJ-ni qəbul edib. Hər iki komanda oyuna ciddi itkilərlə çıxıb.
Günün ikinci qarşılaşmasında İngiltərənin “Liverpul” klubu “Leyptsiq”in (Almaniya) qonağı olub. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə, "Puşkaş Arena"da oynanılıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral 
                       
                                               
 
                
                              
00:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)  0:2
00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)  1:4 
                       
                                               
 
                
                              
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək. Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada "Almaniya"nın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.