Azərbaycan “Böyük dəbilqə”yə 15 cüdoçu ilə yollandı

14:13 16 Fevral 2021

Fevralın 18-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

 

Sportarena.az xəbər verir ki, 63 ölkədən 429 idmançının mübarizə aparacağı yarışa Azərbaycan yığmasının 15 üzvü də qatılacaq.Komandamız yarışa hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplanışı keçib. Belə ki, qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq ediblər.  

 

“Böyük dəbilqə” turnirində kişilərin yarışında Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.


Digər xəbərlər

Xəbər xətti