“Qarşılaşmadan əvvəl Kilian mənə dedi ki, “Kamp Nou”da neçə dəfə qalib gəldiyimi soruşdu. 1 dəfə deyə ona cavab verdim”.
Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” üzərində 4:1 hesablı qələbədən sonra PSJ-nin baş məşqçisi Maurisio Poçettino deyib.
O, Mbappe ilə arasında yaşanan maraqlı dialoqdan danışıb: “Kilian dedi ki, sabah bu qələbə 2 olacaq. Bunu dedi və etdi. Yaşının az olmasına baxmayaraq, dünyanın ən yaxşılarından biridir”.