UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Portu” ilə qarşılaşacaq “Yuventus” bu matçda iki futbolçusunun köməyindən istifadə edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, Leonardo Bonuççi və Paulo Dibala sözügedən səfər matçında iştirak etməyəcək.Bu barədə Turin klubunun baş məşqçisi Andrea Pirlo açıqlama verib. Pirlo, hər iki futbolçunun yüngül zədələri olduğu üçün “Portu” ilə matçı buraxacağını bildirilib.
Bu gün keçiriləcək “Portu” – “Yuventus” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.