Azərbaycan millisi FİFA reytinqində irəlilədi

12:31 18 Fevral 2021

FİFA milli komandaların 2021-ci il üzrə ilk reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib.Canni De Byazinin rəhbərlik etdiyi komanda bir pillə irəliləyib və hazırda 1180 xalla 108-ci sıradadır.

 

Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci, 1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi də 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.

 

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür. 

 

1487 xala malik Türkiyə millisinin də mövqeyi dəyişməz qalıb. Qardaş ölkə təmsilçisi 32-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti