Divizionda daha bir oyun qara görə təxirə salındı

12:53 18 Fevral 2021

Birinci divizionun 13-cü turunun güclü qar səbəbindən yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyinə görə təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.

 

Dünən təxirə salınan Tovuz” – “Sumqayıt-2” oyunu bu gün saat 12:30-dan davam etdirilməli idi.


Digər xəbərlər

Xəbər xətti