UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub.
Sportarena.az xəbər verir ki, qitənin al futbol qurumu koronavirus pandemiyası səbəbindən bu addımı atıb.
UEFA İcraiyyə Komitəsindən turnirin iştirakçılarına göndərilən məktubda bildirilib ki, Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaradır.
Bu mövsüm Azərbaycanı Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.