Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan qarşılaşmaya saat 20:00-da start verilib.
Siyasət Əsgərovun çalışdırdığı komandamızın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya "Zenit"ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib.
Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla qrup lideridir. Bu komandalar arasında ilk matç ispanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi
D qrupu
18 fevral
20:00. Azərbaycan - İspaniya 0:13
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya).
Bakı, "ASK Arena" stadionu.