Türkiyənin “Trabzonspor” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.COVİD-19 testi pozitiv çıxan futbolçunun adı açıqlanmayıb. O da karantinə alınıb.
Bununla da Trabzon təmsilçisində koronavirusa yoluxmuş oyunçuların sayı yeddiyə çatıb. Futbolçularla yanaşı, klubun 1 əməkdaşının da infeksiyaya yoluxduğu açıqlanıb.
Qeyd edək ki, “Trabzonspor” fevralın 19-da Super Liqanın 26-cı turu çərçivəsində səfərdə “Başakşəhər”lə qarşılaşacaq.