“Milan”la “Arsenal”dan heç-heçə, "Mançester Yunayted"dən darmadağın - YENİLƏNİB

02:03 19 Fevral 2021

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə baş tutub.“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı bu raundun ilk görüşünü Avstriyada “Zalsburq”a qarşı keçirib. Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkib.

 

Gecənin digər maraqlı oyunlarında İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları səfərdə müvafiq olaraq İspaniyanın "Real Sosyedad" və Portuqaliyanın "Benfika" kollektivləri ilə qarşılaşıb. Pandemiya səbəbindən hər iki görüş İtaliyada oynanılıb. Bundan başqa, İtaliya "Milan"ı Serbiyada "Srvena Zvezda", Niderland "Ayaks"ı isə Fransada “Lill”lə üz-üzə gəlib.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24-25 fevralda baş tutacaq.

 

Avropa Liqası

1/16 final mərhələsinin ilk oyunları

18 fevral

 

21:55. “Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)  4:2

21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya)  4:3

21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya)  2:3

21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya)  0:2

21:55. “Slaviya” (Çexiya) - “Lester Siti” (İngiltərə)  0:0

21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya)  2:2

21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)  0:4

19:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika)  1:1

21:55. “Volfsberger” (Avstriya) - “Tottenhem” (İngiltərə)  1:4

00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland)  1:2

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna)  0:2

00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya)  2:0

00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya)  3:3

00:00. “Zalsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya)  0:2

00:00. “Antverpen” (Belçika) - “Reyncers” (Şotlandiya)  3:4

00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə)  1:1


Digər xəbərlər

Xəbər xətti