“Böyük dəbilqə”də II gün: Heydərov da dayandı - YENİLƏNİB

22:51 19 Fevral 2021

İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının daha üç üzvü bu gün tatami üzərinə çıxacaq. Bunlar  Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayevdir.

 

Kişilər
73 kq


Telman Vəliyevin 1/16 finalda rəqibi Likas Rayter (Avstriya) idi. Amma idmançımızdan götürülən sonuncu COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün yarışlardan kənarlaşdırılıb.  

 

81 kq

Mübarizəyə 1/16 finaldan başlayan Zelim Tskayev Ben Haroçla (İsrail) dueldən qalib ayrılsa da, növbəti cəhdində Monqolustan idmançısına uduzub. Hidayət Heydərov isə 1/8 finalda Marsel Çerçea (Rumıniya) ilə üz-üzə gəlib və rəqibini ippona salıb. O, yarımfinala çıxmaq üçün niderlandlı  De Frankı məğluv etməliydi. Lakin bu rəqibinə uduzan Hidayət mübarizəni dayandırmalı olub.

 

Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti