Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin səhhətində problem yaranıb.
Sportarena.az xəbər verir ki, 62 yaşlı mütəxəssis müalicə olunmaq üçün Türkiyəyə yollanıb. Məlumatı AVF-nin mətbuat xidmətindən də təsdiqləyiblər.
Qeyd edək ki, Faiq Qarayevin Azərbaycan Voleybol Federasiyasındakı vitse-prezident vəzifəsindən istefa verdiyi də deyilir. //Qafqazinfo.az